Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib.
Bu barədə Bizim.Media-ya ASCO-dan məlumat verilib.
Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub. Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir.
Xatırladaq ki, bu gün Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, axşam cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə və gündüz 1-3° isti, Bakıda gecə və gündüz 1-3° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Güclü qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° şaxta, yüksək dağlıq ərazilərdə gecə 9-14° şaxta, gündüz 0-5° şaxta olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:17 / 14.01.2022
Xəzərdəki gəmilərə xəbərdarlıq göndərildi
Hazırda oxunan: Xəzərdəki gəmilərə xəbərdarlıq göndərildi
Hazırda oxunan: Xəzərdəki gəmilərə xəbərdarlıq göndərildi
55297
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.