Polis hansı hallarda evimizə GİRƏ BİLƏR? – Hüquqi İZAH

Hazırda oxunan: Polis hansı hallarda evimizə GİRƏ BİLƏR? – Hüquqi İZAH

55231

Azərbaycan Respublikasının Kostitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ var. Qanunla müəyyən edilmiş hallardan başqa mənzildə yaşayanların icazəsi olmadan evə heç kəs daxil ola bilməz. Hətta polis əməkdaşının da...

Bəs, polisin hansı hallarda şəxsi mənzilə daxil olması mümkündür? Qanun hansı hallarda polisin şəxsi mənzilə girməsini qadağan edir?

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Əsabəli Mustafayev Bizim.Media-ya açıqlamasında polis əməkdaşının mənzilə daxil olması qaydasının Cinayət-Prosessual Məcəlləsi və “Polis haqqında” qanunla tənzimləndiyini xatırladıb. O, qeyd edib ki, həmin qanunda əks olunan müddəlar istisna olunmaqla başqa halda polis vətəndaşın evinə orada yaşayanların icazəsi olmadan daxil ola bilməz:

“Qanun tələb edir ki, hər hansı bir mənzilə daxil olmaq üçün məhkəmə qərarı olmalıdır. Amma əgər polis əməliyyat-axtarış tədbirləri keçirirsə və onda hansısa mənzildə cinayətkarın gizlənməsi ilə bağlı dəqiq məlumat, yaxud meyid varsa, o zaman heç bir razılıq almadan evə girə bilər.

Yenə də bundan ötrü müstəntiqin qərarı olmalıdır. Əməliyyat-axtarış tədbirləri çərçivəsində əsaslandırılmış məlumatın olması vacibdir”.
Hüquqşünas əlavə edib ki, polis qanuna zidd addım atarsa, vətəndaşın hüququ var ki, qanunsuz saxlanılması, mənzil hüququnun pozulması və şəxsi həyatına müdaxilə ilə bağlı şikayət etsin. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin