Ekspertizaya göndərilən naməlum şəhidlərin məzarları təkrar AÇILA BİLƏR -  RƏSMİ

Hazırda oxunan: Ekspertizaya göndərilən naməlum şəhidlərin məzarları təkrar AÇILA BİLƏR -  RƏSMİ

55155

"Şəhidlər Xiyabanındakı Birinci Qarabağ müharibəsində şəhid olmuş naməlum şəxslərdən götürülən nümunələr ekspertiza mərhələsindədir".

Bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov bildirib. O, hazırda hansı qəbirlərin şəxsiyyətinin müəyyənləşdirildiyi ilə bağlı məlumatsız olduğunu qeyd edib:

“Bu məsələni Yasamal və Səbail rayon prokurorluğu ilə birgə həll etmişik. Şəxsiyyəti dəqiqləşdirilən məzarlar barədə hələki bilgisizik. Bu barədə Hərbi Prokurorluqdan Trestə tapşırıq verilməlidir. Biz də məlumat gözləyirik”. 
 

MÖVZU İLƏ BAĞLI:

32 naməlum şəhidin məzarı açılacaq - Baş Prokurorluq


Sabir Həsənov 32 şəxsin hamısından nümunələr götürüldüyünü və məzarların üstünün müvəqqəti örtüldüyünü deyib:

“Sadəcə beton vurulmayıb. Ola bilsin, növbəti dəfə açılmasına ehtiyac yaransın. İşlər tamamlanandan sonra şəxsiyyəti dəqiqləşdirilən məzarlar haqqında bizə məlumat verildiyi halda qəbirlərə yeni başdaşlarının qoyulmasını həyata keçirəcəyik”.

Xatırladaq ki, naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.

Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib. Onu da bilriək ki, itkin düşmüş şəxslərin ailə üzvlərindən, yaxın qohumlarından götürülən DNT nümunələri ayrıca olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalında saxlanılır.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin