Britaniya İrana QARŞI - Bütün variantlardan istifadə edəcək

Hazırda oxunan: Britaniya İrana QARŞI - Bütün variantlardan istifadə edəcək

55154

"Britaniya İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün bütün variantlardan, o cümlədən hərbi variantdan istifadə edəcək".

Bizim.Media xəbər verir ki, bunu Britaniyanın Xarici İşlər Nazirliyi İran hakimiyyətinə xəbərdarlıq olaraq bildirib.

Britaniya xarici işlər nazirinin müşaviri Ceyms Klorli "Twitter" hesabında bu haqda yazıb: "İran rejimi heç vaxt nüvə silahı əldə edə bilməz və atom müzakirələri uğursuz olarsa, Britaniya bütün variantları nəzərdən keçirəcək".
 

MÖVZU İLƏ BAĞLI:

İrandan ABŞ-a qarşı yeni SANKSİYALAR - 51 rəsmi şəxs əlavə edildi


Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-İv le Drian ölkə parlamentində çıxışında Vyana danışıqlarının ləng getdiyini bildirib: "İran və dünya güclərinin dekabrın sonlarında irəliləyişlər əldə etməsnə baxmayaraq, hələ anlaşmaya nail olmağa məsafələr var. Vyanada aparılan danışıqlar çox yavaş irəliləyir".

Xatırladaq ki, Vyanada nüvə razılaşmasına dair müzakirələrin səkkizinci mərhələsi davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin