Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunda intensiv yağıntılardan sonra çiyin hissədə və bərkidici zolağın kiçik hissəsində yuyulma qeydə alınıb.
Bizim.Media bu barədə Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
Məlumata görə, yuyulma yol kənarında baş verdiyi üçün avtonəqliyyat vasitələrinin hərəkətinin fasiləsizliyi və təhlükəsizliyinə hər-hansı bir problem yaratmır.
Hazırda qeyd edilən ərazidə çiyin hissənin bərpası istiqamətində iş aparılır. Bərpa işinin yaxın saatlarda yekunlaşdırılması nəzərdə tutulub.
*** 11:49
Şamaxı rayonunda Çuxuryurd–Sis–Qaleybuğurd–Keçməddin–Qaladərəsi avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Bizim.Media-nın məlumatına görə, hadisə nəticəsində yolda təhlükəli vəziyyət yaranıb.
Qeyd edək ki, sürüşmə baş verən ərazi rayon mərkəzindən 22 km aralı məsafədə yerləşir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:33 / 13.01.2022
Şamaxıda sürüşmə nəticəsində dağılan yol bərpa olunur - YENİLƏNİB
Hazırda oxunan: Şamaxıda sürüşmə nəticəsində dağılan yol bərpa olunur - YENİLƏNİB
Hazırda oxunan: Şamaxıda sürüşmə nəticəsində dağılan yol bərpa olunur - YENİLƏNİB
55147
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.