Şəmkirdə 40 sürücü cərimələndi - FOTO 

Hazırda oxunan: Şəmkirdə 40 sürücü cərimələndi - FOTO 

55111

Şəmkir rayonunda COVİD-19 testinin cavabı müsbət çıxan xəstə cinayət məsuliyyətinə cəlb olunub.

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən  xəbər verir ki, aparılan araşdırmalar zamanı aşkar olunub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini Mənsur Qocayevin ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etməsi müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Balakəndə karantin qaydalarını pozanlar cərimələndi - FOTO


Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək, müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə göndərib. Fakla bağlı ŞBPİ-də Azərbaycan Respublikasının Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə uyğun olaraq, taksi, avtobuslarda tibbi maskalardan istifadə, sosial məsafənin qorunması qaydalarına Şəmkir rayon polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları ciddi nəzarət edir və bu istiqamətdə monitorinqlər tədbirləri diqqət mərkəzində saxlanılır.

Keçirilən monitorinq zamanı sürücü və sərnişinlərə sosial məsafənin gözlənilməsi, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin vacibliyi, yaxud düzgün istifadənin zəruriliyi barədə vətəndaşlara tövsiyələr verilib. Həftə ərzində bu qaydalara əməl etməyən 40 sürücü barəsində intizam tənbeh tədbirləri tətbiq edilib.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin