Gömrük əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində narkotik qaçaqmalçılığının qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Almaniyaya yük aparan 67E47910 dövlət nömrə nişanlı “Volvo” markalı nəqliyyat vasitəsinə Şahtaxtı gömrük-sərhəd buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.
Şübhəli təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna fiziki baxış həyata keçirilən zaman köhnə mebellerin içində süni olaraq yaradılmış və üzərinə taxta örtük çəkilərək aşkar edilməsi çətinləşdirilmiş gizli saxlanc yerlərindən 30 bükümdə, ümumu çəkisi 23 kq 950,6 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:14 / 17.12.2020
Azərbaycandan Almaniyaya külli miqdarda narkotik keçirmək istədilər
Hazırda oxunan: Azərbaycandan Almaniyaya külli miqdarda narkotik keçirmək istədilər
Hazırda oxunan: Azərbaycandan Almaniyaya külli miqdarda narkotik keçirmək istədilər
5507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.