Xalq artisti vəfat etdi

Hazırda oxunan: Xalq artisti vəfat etdi

55033
Azərbaycanın xalq artisti və Rusiyanın əməkdar artisti, pianoçu Tamilla Mahmudova dünyasını dəyişib.Məlumata görə, “Şöhrət” ordenli, Moskva Dövlət Pedaqoji Universitetinin musiqi fakültəsinin professoru ömrünün 84-cü ilində vəfat edib.

Qeyd edək ki, Tamilla Mahmudova Azərbaycanda doğulub, ilk musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyası nəzdində xüsusi məktəbdə, məşhur pedaqoq, professor K. Səfərəliyevanın sinfində alıb. Moskva konservatoriyasını və professor Y. Zakın sinfində aspiranturanı bitirib. Rusiyada və xarici ölkələrdə dinləyicilər T. Mahmudovanı geniş diapazonlu ifaçı kimi yaxşı tanıyırdılar. Onun repertuarına Qərbi Avropa və rus klassik bəstəkarlarının ən mürəkkəb, virtuoz əsərləri daxil idi. Lakin Azərbaycan bəstəkarları Ü. Hacıbəyli, Q. Qarayev, F. Əmirov, A. Məlikov və A. Sultanovanın musiqisi T. Mahmudovanın konsert proqramlarında həmişə xüsusi yer tuturdu. Sənətçi bu bəstəkarların əsərlərini daim xüsusi şövqlə ifa və təbliğ edirdi.Qara Qarayevin fortepiano prelüdləri silsiləsinin tam halda ifası bu pianoçunun böyük nailiyyəti olub.(bizimyol)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin