Binəqədi rayonunda kürəkənini qətlə yetirməkdə təqsirləndirilən Mehdi Abdullayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bizim.Media xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə 2021-ci il martın 14-də Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, M.Abdullayev qəsəbə ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı kürəkəni, 1981-ci il təvəllüdlü Mirzəyev Taleh Vaqif oğlunu bıçaqlayaraq qətlə yetirib.
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:29 / 12.01.2022
Kürəkənini qətlə yetirən qayınataya 10 il 6 ay həbs cəzası verildi
Hazırda oxunan: Kürəkənini qətlə yetirən qayınataya 10 il 6 ay həbs cəzası verildi
Hazırda oxunan: Kürəkənini qətlə yetirən qayınataya 10 il 6 ay həbs cəzası verildi
55030
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.