Yanvarın 10-da idarə etdiyi "Niva"markalı avtomobillə ilə Taxtakörpü-Ceyranbatan kanalına düşən 47 yaşlı Sumqayıt sakini Hekayət İbrahimovun meyiti hələ də tapılmayıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc qrupunun kanalda apardığı axtarışlar heç bir nəticə verməyib.
MÖVZU İLƏ BAĞLI:
Xızıda kanala düşən “Niva” sürücüsünün kimliyi bilindi - YENİLƏNİB
Xızı rayonu ərazisində maldarlıqla məşğul olan Hekayət İbrahimovun hadisədən öncə spirtli içki qəbul etdiyi bildirilir.
Bizim.Media