Google erməni dilində olan Azərbaycan kənd və şəhərlərinin adlarını siləcək

Hazırda oxunan: Google erməni dilində olan Azərbaycan kənd və şəhərlərinin adlarını siləcək

54848

“Google xəritələrində Azərbaycanın şəhər və kəndlərinin ermənicə adları gələcəkdə tamamilə silinə bilər”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Saməddin Əsədov deyib.

O.Əsədov qeyd edib ki, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi axtarış sisteminin xəritələrində toponimlərin göstərilməsinin dəyişdirilməsi məqsədilə Google şirkəti ilə fəal əməkdaşlıq edir.

“Bu əməkdaşlıq çərçivəsində artıq bir sıra toponimlər Azərbaycan dilinə dəyişdirilib. Kibertəhlükəsizlik Mərkəzi də Google ilə sıx əlaqədədir.

Onların xəritəsinə baxsanız, görərsiniz ki, adlar artıq Azərbaycan dilində göstərilib. Bu, şirkətlə əməkdaşlığımızın nəticəsidir. Gələcəkdə xəritədə erməni dilində olan adların da silinəcəyi istisna edilmir. Bunun üçün çalışmaq və qarşı tərəfi inandırmaq lazımdır. Bu, artıq əməkdaşlığın siyasi tərəfidir”. “Azərkosmos”un rəhbəri belə deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin