Milli Məclisin deputatı Fazil Mustafa Bakı Dövlət Universiteti (BDU) ilə AMEA-nın arasında gördüyü tablo ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, işarənin diqqətini çəkdiyini bildirən deputat kitabla yemək arasında seçim təklif olunduğunu deyib.
“BDU ilə AMEA-nın arasında bu işarə diqqətimi cəlb etdi. Kitabla yemək arasında maraqlı seçim təklif olunur. Əlbəttə, normal insan yaşamı üçün hər ikisi lazımdır.
Hansısa birindən tam imtina fiziki və ya mənəvi məhvə gətirib çıxarar. Yenə şükür ki, kitab yuxarıdadır. Bütün hallarda, kitabla yeməyin eyni istiqamətdə olması insan nəfsi üçün ağır seçim yaradır. Bəlkə də Yemək evinə "Kitab" adı qoyublar? Belədirsə, xeyirli, iştahlı olsun!”, - deyə fazil Mustafa vurğulayıb.
Bizim.Media