Ağdaşda tanımadığı şəxsi bıçaqlayan şəxsə cinayət işi açılıb.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, yanvarın 10-u saat 01 radələrində Ağdaş rayonu, Ləki qəsəbə sakini Zaur Əliyevə tanımadığı şəxs tərəfindən yaşadığı evin həyətində ürək nahiyəsindən bıçaqla xəsarət yetirilməsi və həmin şəxsin hadisə yerindən qaçması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.
Prokurorluq və polis orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Yevlax rayon sakini, 2001-ci il təvəllüdlü Nurlan Xəlilov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Nurlan Xəlilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:24 / 11.01.2022
Ağdaşda 21 yaşlı gənc tanımadığı şəxsi bıçaqladı
Hazırda oxunan: Ağdaşda 21 yaşlı gənc tanımadığı şəxsi bıçaqladı
Hazırda oxunan: Ağdaşda 21 yaşlı gənc tanımadığı şəxsi bıçaqladı
54771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.