Bakıda məşhur restoran CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Bakıda məşhur restoran CƏRİMƏLƏNDİ

54723

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 416 ictimai iaşə obyektində 741 monitorinq keçirib.

AQTA-dan Bizim.Media-ya verilən məlumata görə, monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai‎ ‎rayonu, Q. S. Mehmandarov küçəsi 50M ünvanında yerləşən, fiziki şəxs Ədilov Qəşəm Qalib oğluna məxsus “Pətək” çay evi;

2. Bakı şəhəri, Xətai‎ ‎rayonu, Babək pr., ev 90C ünvanında yerləşən, fiziki şəxs Nəcəfov Ceyhun Qəhrəman oğluna məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küçəsi 14 ünvanında yerləşən, fiziki şəxs Dadayev Fərid Rasim oğluna məxsus “Firuzə” restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küç., ev 64 ünvanında yerləşən, fiziki şəxs Sebahettin Demirə məxsus dönər evi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin