Şəmkir rayonun Mahmudlu kəndində 1998-ci il təvəllüdlü Qurbanova Gülbəsti Arzuman qızı gəlin köçdüyü evi tərk edib.
Bizim.Media xəbər verir ki, bir ildən çoxdur Mahir Musayevlə ailə həyatı quran G.Qurbanovanın qayınanası hadisə ilə bağlı bunları deyib:
“Axtardıq, tapa bilmədik, getdik atası evinə. Oradan da dedilər ki, bura gəlməyib. Sonra polisə müraciət etdik. Evdən gedəndə qızılları və 630 manat pulumuzu aparıb”.
Məsələ ilə bağlı gəlin G.Qurbanovanın ailəsi danışmaqdan imtina edib.
Daha ətraflı süjetdən izləyin:
Bizim.Media