Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımının dayandırılması barədə “Türkiye Radyo-Televizyon Kurumu Genel Müdürlüğü”nün Bakı Bürosu tərəfindən “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinə (“Teleradio” İB) müraciət daxil olub.
Bizim.Media xəbər verir ki, buu barədə “Teleradio” İstehsal Birliyindən APA-ya bildirilib.
Qeyd olunub ki, müraciətdə TRT-1-in Azərbaycan ərazisində kabel televiziya şəbəkələri və internet üzərindən yayımının kifayət hesab olunduğu vurğulanıb.
“Bu baxımdan, yerüstü yayım üçün əlavə maliyyə vəsaitinin ayrılmasının məqsədəuyğun hesab olunmadığı və TRT-1-in yerüstü yayımının 2022-ci ildən etibarən dayandırılması xahiş edilib”, - İB-dən bildirilib.
Qeyd olunan əsasla və Milli Televiziya və Radio Şurasının razılığı ilə 5 yanvar 2022-ci il tarixindən etibarən “Teleradio” İB tərəfindən Azərbaycan ərazisində TRT-1 televiziya kanalının yerüstü yayımı dayandırılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:45 / 10.01.2022
Azərbaycanda TRT-1-in yerüstü yayımı DAYANDIRILDI
Hazırda oxunan: Azərbaycanda TRT-1-in yerüstü yayımı DAYANDIRILDI
Hazırda oxunan: Azərbaycanda TRT-1-in yerüstü yayımı DAYANDIRILDI
54668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.