Şəhid anası Kəmaləddin Heydərova səsləndi

Hazırda oxunan: Şəhid anası Kəmaləddin Heydərova səsləndi

54554

Moderator.az vasitəsi ilə fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edən Zaqatala rayonunun Muxax kəndi sakini, şəhid anası Qədirova Nəzmiyyət Süleyman qızı mənzil pronlemi ilə bağlı şikayətini dilə gətirib:

“Mən şəhid anasıyam, haqsızlıqla üzləşmişəm. Belə ki, 7 may 2012-ci il tarixdə baş vermiş məlum zəlzələ nəticəsində bizə məxsus 150 kv.m sahəsi olan evimiz qəzalı olduğundan 90 kv.m sahəsi olan yeni mənzil tikilib istifadəmizə verildi. Ailə üzvlərimizin sayı altıdır.Yeni evin kiçik tikilməsini qanunsuzluq kimi qəbul edirəm. Bu, şəhid ruhuna hörmətsizlikdir. Necə olur ki, kəndin digər sakinlərinə əvvəlki ölçüdə, hətta əvvəlkindən də böyük mənzillər inşa edilib istifadəyə verilir, şəhid ailəsinin evi birdən-birə 50 kv.m azaldılır? Bu qanunsuzluqdan savayı həm də şəhid ruhuna təhqirdir. Qeyd edim ki, oğlum Nazim Qədirov Fizuli rayonu ərazisində Çaldıran, Drambon, Qalayçılar, Gülyataq, Boyəhmədli, Papravənd, Salahlı kəndləri, Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak edib. 22.12.1993-cü il tarixdə Mahmudlu kəndində gedən döyüşlərdə həlak olub. Nazimin cəsədi evə gətirilən zaman  böyük qardaşı  Hacıyov  sstresdən ruhi-əsəb xəstəliyinə düçar olmuş, bu səbəbdən dünyasını dəyişmişdir. Onun böyük övladı Əhməd  iflicdir, yeriyə bilmir, I qrup əlildir. Ortancıl oğluna şəhid əmisi Nazimin adını qoymuşuq. Nazim hazırda cəbhə bölgəsində yerləşən hərbi hissədə həqiqi hərbi xidmət keçir. Şəhid əmisinin adını uca tutur, vətənə sadiqlik nümayiş etdirir. Maddi durumumuz çox ağırdır, 6 nəfərlik ailəmiz mənim təqaüdümün ümüdünə qalıb. Acınacaqlı, yoxsul vəziyyətdə yaşayırıq. Ünvanlı sosial yardım da vermirlər. Rayon rəhbərliyi ərizələrimizə baxmır. Şəhid oğlum Nazimin adını daşıyan Zəyəm kənd kitabxanası uçub dağılıb ki, onu da tikmirlər. Mən evimizin əvvəlki ölçüdən 50 kv.m kiçik ölçüdə inşa edilməsi barədə fövqəladə hallar naziri cənab Kəmaləddin Heydərova ərizə ilə müraciət etmişdim. Cavab verildi ki, gəlib baxış keçirəcəyik. Ancaq hələ ki, gəlməyiblər.İnanıram ki, Kəmaləddin müəllim müraciətimi nəzərə alacaq. Onun şəhid ailələrinə xüsusi diqqət göstərdiyini eşitmişəm. Yəqin ki, gedən ərizələri özü oxumur, ona görə tədbir görülməyib. Mən mətbuat vasitəsi ilə hörmətli nazir  Kəmaləddin  Heydərova müraciət edib  şəhid anası kimi xahiş edirəm müraciətimizi nəzərə alıb bizə kömək edin .Qeyd etdiklərimi gəlib görə bilərsiniz”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin