Siyəzən rayonunun Böyük Həmyə kəndində yaşayan Polad Sarıyev dünyaya iki fərqli gözlə baxır.
Bizim.Media xəbər verir ki, 6-cı sinif şagirdi olan Poladı həmyaşıdlarından fərqləndirən cəhət onun gözlərinin rəngidir. Belə ki, məktəblinin bir gözü mavi, digəri isə qəhvəyidir. Bu, ona olduqca maraqli görünüş verir.
Elmi araşdırmalara görə, buna səbəb melanin, yəni piqment çatışmazlığı və ya artıqlığı olur. Bu halın doğuşdan olması gözlərdə heç bir problem yaratmır.
Xatırladaq ki, buna elmdə heteroxromiya deyilir və dünyada təxminən 1 faiz insanda rast gəlinən bir haldır. Heteroxromiya yalnız insanlarda deyil, heyvanlarda da rast gəlinən bir vəziyyətdir.
Heteroxromiya halları görməyə mənfi təsir etməsə də belə fərqli rəngli gözlərə sahib olanlara hər ehtimala qarşı göz həkimi ilə məsləhətləşmək və müayinədən keçmək tövsiyə olunur.
Siyəzən müalicə-dioqnostika mərkəzinin göz həkimi Zamin Bayramov Bizim.Media-ya açıqlamasında bildirib ki, bu hal genetik faktorlara da dayana bilər. Lakin bunun üçün Poladın gözləri tam müayinə olunmalıdır.
Onun sözlərinə görə, məhz bundan sonra dəqiq diaqnoz qoyula bilər.
Aytəkin Alxaslı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:08 / 09.01.2022
Bir gözü mavi, digəri isə qəhvəyidir – Dünyaya fərqli baxan Polad
Hazırda oxunan: Bir gözü mavi, digəri isə qəhvəyidir – Dünyaya fərqli baxan Polad
Hazırda oxunan: Bir gözü mavi, digəri isə qəhvəyidir – Dünyaya fərqli baxan Polad
54541
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.