İddia olunur ki, bir müddət öncə satış məntəqələrindən birindən adıçəkilən mobil operatorun nömrəsini alan müştəri üzrlü səbəbdən Azərbaycanı tərk edir və qayıdanda təkrar nömrəni açdırmaq istəyəndə bəlli olur ki, həmin nömrə bir il öncə dünyasını dəyişmiş bir şəxsin adına sənədləşdirilib...
Xoşbəxtlikdən satış məntəqəsində nömrə alarkən imzalanmış müqavilə onda olur və o həmin sənədi şirkətə təqdim etdikdən sonra deyirlər ki, ortada anlaşılmazlıq olub və xidmət aparan qızlar satış məntəqələrindən gələn sənədləri bazaya köçürərkən çoxlu sayda ad və soyad dəyişik düşüb, ona görə də necə deyərlər, ölülər dirilərə qarışıb...
Şikayətçi iddia edir ki, o haqlı olduğunu sübut edənədək bir neçə gün sərf etməli olub və nömrənin qiymətindən bir neçə dəfə artıq xərcə də düşüb. Şikayətçi bizdən həm də məsləhət almaq istəyir ki, adıçəkilən mobil operatoru məhkəməyə verib təzminat ala bilərmi?
Bizsə ona məsləhətr gördük ki, heç nədən əlavə vaxt itkisi və xərc çəkmək istəmirsə bu günki durumuna şükr edib məhkəmə iddiasından vaz keçsin. Amma bir suala cavab istəməkdən vaz keçmək mümkün deyil-görəsən NarMobile şirkətinin o dünyadakı müştərilərinin sayı nə qədərdir və onlara xidmət göstərən stansiyası yoxdur ki...?
































































































