Naxçıvanda YOXLAMA – Hansı faktlar aşkar edildi? – DETALLAR

Hazırda oxunan: Naxçıvanda YOXLAMA – Hansı faktlar aşkar edildi? – DETALLAR

54477

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən ötən ilin dekabrında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə keçirilən yoxlama və monitorinqlər zamanı 15 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub.

Bu barədə Bizim.Media muxtar respublikanın Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 1 vergiödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığortahaqqının ödənilməsi haqqında qəbz” alınmaması, 1 vergiödəyicisi tərəfindən əhali ilə nağd hesablaşmaların aparılması qaydalarının pozulması və 11 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin