Hərbi münaqişələr zamanı mədəni dəyərlər qorunacaq – TƏDBİRLƏR PLANI 

Hazırda oxunan: Hərbi münaqişələr zamanı mədəni dəyərlər qorunacaq – TƏDBİRLƏR PLANI 

54407

“Hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında Konvensiya”nın müddəalarının yerinə yetirilməsinə dair Müdafiə Nazirliyinin 2022-ci tədris ili üçün tədbirlər planı hazırlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Bu istiqamətdə keçiriləcək tədbirlər çərçivəsində mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz irsin müdafiə edilməsi və digər mövzulara dair ətraflı fikir mübadiləsi aparılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Müdafiə Nazirliyi ilə Ombudsman Aparatı birgə tədbirlər planı hazırladı


​​​​​​​Hərbi qulluqçuların müharibə dövründə mədəni mülkiyyətin mühafizəsi məsələləri ilə bağlı maarifləndirilməsi işləri həyata keçiriləcək.

Bundan başqa hərbçilərimiz işğaldan azad edilən ərazilərdə dağıdılmış mədəni abidələrin vəziyyəti ilə bağlı beynəlxalq təşkilatların diqqətinə çatdırılması istiqamətində aparılan fəaliyyətlər barədə də məlumatlandırılacaq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin