Anardan Elza Seyidcahana CAVAB - “Bizə artıq pul lazım deyil”  

Hazırda oxunan: Anardan Elza Seyidcahana CAVAB - “Bizə artıq pul lazım deyil”  

54404

Əməkdar artist Elza Seyidcahan müsahibəsi zamanı bildirmişdi ki, pandemiyadan öncə mərhum Xalq şairimiz Fikrət Qoca onu Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv edəcəklərini bildirib. 

E.Seyidcahan bu dəfə AYB-nin sədri, Xalq yazıçısı Anara müraciət edib.

O bildirib ki, illik 15 manat olan üzvlük haqqının əvəzinə, 150 manat ödəməyə hazırdır, təki onu AYB-ə üzv götürsünlər. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı AYB-nin sədri Anar mediaya açıqlamasında bunun üçün Elza xanımın AYB-nin qəbul komissiyasına müraciət etməsini məsləhət görüb: 
 

MÖVZU İLƏ BAĞLI:

Elzadan SKANDAL SÖZLƏR: “Qadının borcudur ki, ərinin xəyanətini bağışlasın” - VİDEO 


“Fikirləşirəm ki, məsələnin belə qoyulması düzgün deyil ki, mən 15 manat yox, illik 150 manat ödəyərəm. Azərbaycan Yazıçılar Birliyinin nizamnaməsi var və orada nə qədər göstərilibsə, onu da ödəməlidirlər.

Təki onu ödəsinlər, artıq pul bizə lazım deyil. Özü də AYB-ə qəbul etmirik ki, kimsə ilkin üzvlük haqqını çox verəcək. 

Elza Seyidcahanın AYB-ə üzv olması məsələsinə qəbul komissiyası baxacaq. Bu komissiyaya da şair Səlim Babullaoğlu rəhbərlik edir. Elza xanım da həmin komissiyaya müraciət etsin”. (Kulis.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin