Paytaxtda əsən güclü külək nəticəsində ağacların aşması ilə bağlı araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?
Bildirilib ki, xidmətin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1A ünvanında "Progress-2016" MTK tərəfindən hündür mərtəbəli binanın tikintisi aparılarkən qazıntı işləri zamanı ərazidəki 5 ağacın aşdığı, 6 ağacın isə aşma təhlükəsi olduğu müəyyən edilib.
Regional Ekologiya İdarəsinin rəsmisi Fərid Piriyev bildirib ki, araşdırma zamanı təbiətə 2100 manat məbləğində ziyan dəydiyi məlum olub:
“Faktla bağlı toplanmış sənədlər hüquq-mühafizə orqanlarına təqdim olunacaq".
Bizim.Media