Sumqayıtda xəstəxanada yanğın: 30 nəfər təxliyə olundu - YENİLƏNİB

Hazırda oxunan: Sumqayıtda xəstəxanada yanğın: 30 nəfər təxliyə olundu - YENİLƏNİB

54316

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə zamanı tüstüdən zəhərlənənlərin olduğu bildirilir.

Ümumilikdə isə 36 nəfər xəstəxanadan təxliyə olunub.

***

Bu dəqiqələrdə Sumqayıt şəhərindəki 4 nömrəli Sumqayıt şəhər xəstəxanasında yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, hadisə yerinə 10-a yaxın yanğınsöndürən maşın və canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi də (FHN) açıqlama yayıb.

"Nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində xəstəxana binasında yanğın olması barədə məlumat daxil olub. FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Hazırda yanğının söndürülməsi digər zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək", - deyə açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin