İntihara cəhd edən Mingəçevir sakinindən YENİ XƏBƏR – “Problemli ailədir...”

Hazırda oxunan: İntihara cəhd edən Mingəçevir sakinindən YENİ XƏBƏR – “Problemli ailədir...”

54305

Mingəçevir sakini 1988-ci il təvəllüdlü İsmayılov Ramin Hacıağa oğlu  sosial yardımının kəsilməsinə etiraz əlaməti olaraq intihara cəhd etməsi barədə məlumat vermişdik.

Bizim.Media özəl olaraq hadisənin təfərrüatı ilə maraqlanıb.

Yataqxanada yaşayan digər sakinlər ailənin problemli olduğunu bildiriblər. Onlar qeyd ediblər ki, ümumiyyətlə bu ailədə narahat hadisələr mütəmadi olaraq yaşanır.

Özünə xəsarət yetirən Raminin həyat yoldaşı da öz qalmaqalları ilə burada ad çıxarıb. 

Onlar bildiriblər ki, amma son hadisə müavinətin kəsilməsi ilə bağlıdır. Həqiqətən də Raminin hər ay aldığı sosial yardım bu ay ödənmədiyi üçün o, əsəbdən özünə xəsarət yetirərək intihara cəhd edib.

Xatırladaq ki,  ilkin məlumata görə kişi kəsici alətlə özünə xəsarət yetirib. O, sol qol nayihəsinin dərin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Hadisə axşam saatlarında Naxçıvan küçəsi 29 ünvanında yerləşən yataqxanada baş verib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin