Gəncədə küçə ticarəti ilə bağlı monitorinq keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, baş polis idarəsinin rəisi general-mayor Teymur Hacıyev və aidiyyatı qurumların rəhbərləri Gəncənin mərkəzi küçələrində topdan və pərakəndə satışla məşğul olan obyektlərin sahibləri ilə profilaktik söhbətlər edib, lazımı göstərişlər veriblər.
Keçirilən tədbirlər zamanı səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.
Şəhər rəhbərliyi həmin şəxslərlə izahedici söhbətlər apararaq yalnız müəyyən olunan yerlərdə ticarətlə məşğul olmalarını onların diqqətinə çatdırıb.
Məqsəd Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:22 / 07.01.2022
Gəncədə qanunsuz küçə ticarətinə qarşı reyd keçirildi - FOTO
Hazırda oxunan: Gəncədə qanunsuz küçə ticarətinə qarşı reyd keçirildi - FOTO
Hazırda oxunan: Gəncədə qanunsuz küçə ticarətinə qarşı reyd keçirildi - FOTO
54222
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.