Milli Məclisin deputatı Vahid Əhmədov Qubadakı ofisində seçiciləri ilə görüşərək onların problem və istəklərini dinləyib.Qəbuldan öncə seçiciləri ilə görüşən millət vəkili qarşıdan gələn payız sessiyasında İqtisadi-siyasət Komitəsinin görəcəyi işlər, Milli Məclisin plenar iclaslarında müzakirə oluna biləcək məsələlər barəsində məlumat verib. Millət vəkili qeyd edib ki, qəbullar və görüşlər zamanı Quba seçiciləri tərəfindən qaldırılan problemlərin bir çoxunun Milli Məclisdəki iş prosesində və müxtəlif qərarların qəbulunda nəzərə alınmasına daim təşəbbüs göstərilir.
Qəbula
gəlmiş seçicilərin xahişi nəzərə alınaraq onlar təkbətək qəbul edilmişlər. Ümumilikdə qəbulda 32
Quba rayon sakininin problemləri dinlənilib.
Ən çox qabardılan məsələ torpaqların
paylanması və ev tikintisi üçün yardımların göstərilməsi olub. Bundan başqa kreditlərin verilməsi, işə qəbul,məişət-ailə problemləri və s. məsələlərdə
deputatın qəbul zamanı araşdırdığı məsələlər sırasında olub. Operativ həll edilməsi mümkün olan məsələlərə yerindəcə baxılmış,
qalanları baxılması üçün nəzarətə götürülüb.
Qəbuldan sonra millət vəkili Quba rayon İcra Hakimiyyətinin
başçısı ilə görüşmüş, rayona səfər etmiş səhiyyə naziri Oqtay Şirəliyevlə birgə
Ouba rayon Mərkəzi Xəstəxanasının
qanköçürmə stansiyasının yeni inşa olunmuş binasının açılışında iştirak etmişdir. Millət vəkili
Millət vəkilinin növbəti qəbulu oktyabr ayına planlaşdırılıb.
































































































