Kişi pencəklərinin arxasındakı kəsim məhsulun qiymətinə, onun oturuşuna, kişinin xarakterinin nümayişinə təsir edən əsas nüanslardan biridir.
Bizim.Media xəbər verir ki, bu kəsimlər – bəzən onları hava girişi belə adlandırırlar, pencəyin arxa və künc tərəfindən olan bir kəsimdir.
Bu cür kəsimlər müasir pencəklərin nisbətən qədim davamçılarında daha çox rast gəlinir və bir neçə yüz illiklərə dayanır. Yüksək cəmiyyətin nümayəndələri birlikdə asudə vaxtlarını keçirən zaman at belində gəzməyə üstünlük verərdilər.
Bununla yanaşı, hərbiçilərində nəqliyyat vasitəsi kimi atdan istifadəsini nəzərə alaraq, kəsimlərin ilk növbədə sağ qalmaq və cəld hərəkət etmək məqsədi ilə üstünlüklər verməsi anlaşıılır. At belində oturan zaman pencəyin və ya hərbi üst geyiminin kəsiyi yəhərdə xüsusi komfort təmin edirdi.
Müasir dövrdə geyimin əyində rahat oturmasını və əzilməməsini təmin edən bu cür kəsimlərin aşağıdakı 3 növü mövcuddur.
Mərkəzdən olmaqla bir, vahid kəsim
Vahid kəsimli pencəklər ən çox yayılan və istifadə edilən pencəklərdir. Dərzi yanında tikilən geyimlərdə bu cür kəsimlərə xüsusi önəm verilir. Səbəbi hazırlanan pencəyin istənilən bədən quruluşuna gözəl oturmasıdır. Alıcılar bu üsluba daha çox üstünlük verdiklərindən istehlak və satış göstəricisi daha üstün olur.
Mərkəzdən kəsim pencək tərzi unversal üslub hesab edilir və bədən quruluşunuzdan, eyni zamanda gedəcəyiniz tədbirdən aslı olmayaraq əyninizə gözəl oturur.
Yan kəsimli, ikili kəsimli
İkili kəsimli pencəklərdə kəsimlər pencəyin yan tərəflərində yerləşdirilir. Bu cür tərz adətən geyim tikilişinin britaniya sayağı formasından irəli gəlir. Nəticədə sahibinə daha incəlik və avropasayağı görkəm bəxş edir. İstehsal zamanı əlavə parça, standart tiklişdən fərqli tikiliş, bəzən isə əl əməyi tələb olunur. Buna görə də yekun halda məhsulun dəyərində fərq yarandığından, kütləvi geyim istehsalçılarına bu çox da sərf etmir.
Yan kəsimlər daha incə və britaniyasayağı görkəm bəxş edir. Hər zaman yüksək tərzə köklənmiş centlmenlər üçün nəzərdə tutulub.
Kəsimsiz pencəklər
Pencəklərin üçüncü və sonuncu variantı isə bu sadə və kəsimsiz tərzdir. Kəsimsiz pencəklər olduqca düz duruşlu bədən quruluşu, qamət tələb edir və adətən formal görüşlər zamanı geyinilir. Misal olaraq adətən bu dizayn bahalı smokinglərdə tədbiq edilir.
Lakin, unutmayaq ki, bu halda “bəzi” deyilərkən yalnız müəyyən bədən quruluşuna sahib kişilər nəzərdə tutulur. Adətən çox hündür boylu olmayan oğlanlara və kişilərə məsləhət görülür. Bu halda pencək əyinə tam, dəqiq oturmuş olur və daha hündür boylu göstərir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
21:00 / 06.01.2022
Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür? - FOTO
Hazırda oxunan: Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür? - FOTO
Hazırda oxunan: Kişi pencəklərinin arxasındakı qəribə kəsiklər nə üçündür? - FOTO
54161
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.