AZAL Almatıya bütün reysləri ləğv etdi

Hazırda oxunan: AZAL Almatıya bütün reysləri ləğv etdi

54096

Xəbər verdiyimiz kimi, Qazaxıstanda iğtişaşlar səbəbindən Almatı, Aktau və Aktobe hava limanları müvəqqəti bağlanıb. Azərbaycanın AZAL avia şirkəti də Almatıya bütün reysləri ləğv edib. 

Bizim.Media şirkətin mətbuat xidmətinə istinadən xəbər verir ki, pandemiyanın başlanğıcından bəri aviaşirkət digər iki şəhərə uçuşlar həyata keçirmir.

Bakı-Almatı reyslərinə və geriyə bileti olan bütün sərnişinlərin pulları geri qaytarılacaq və ya pulsuz rezervasiya təklif olunacaq.

Bakı-Almatı marşrutu üzrə uçuş aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin