“Azərbaycan Dəmir Yolları” qərarını geri götürdü - Tariflər artırılmayacaq

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları” qərarını geri götürdü - Tariflər artırılmayacaq

54088

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycanın bir çox iri istehsalçıları üçün yükdaşıma tarifləri üzrə imtiyazların ləğvi ilə bağlı qərarına yenidən baxıb. 

Bizim.Media məlumatlı mənbələrə istinadən xəbər verir ki, istehsalçılara verilən güzəştlər uzadılıb.

Bir neçə gün öncə ölkə mətbuatı tarif imtiyazlarının ləğvi ilə bağlı qərarın Azərbaycanın bir çox iri istehsalçılarının maraqlarına zərbə vurduğunu yazıb.

Bu, dəmir yolu ilə yükdaşımaların qiymətinin artmasına səbəb olub. Bəzi sahibkarlar üçün bu rəqəm bir ton üçün 200% artıb.

Daha sonra Azərbaycan Dəmir Yolları haqqin.az-a şərhində qərarını qlobal enerji bazarlarında müşahidə olunan iqtisadi gərginliklə izah edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin