2021-ci ildə Bakıda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Bakı Nəqliyyat Agentliyi yayıb.
Mənbə qeyd edir ki, görülən işlər sayəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin səviyyəsi xeyli yüksəldilib.
Nəqliyyat vasitələrinin hərəkət ardıcıllığı təmin edilib. Ümumilikdə, son 6 ildə 70 küçə və prospektdə piyada səkiləri standartlara uyğunlaşdırılıb, gediş-gəliş səviyyəsi artırılıb, piyadaların rahat hərəkəti təmin edilib.
2021-ci il hesabatına uyğun olaraq piyadaların rahat və maneəsiz hərəkətinin təmin edilməsinə xüsusi diqqət yetirilib.
İl ərzində paytaxtın 27 küçə və prospektində 120-yə yaxın birpilləli piyada keçidi təşkil edilib. 31 məntəqədə piyadalar və nəqliyyat vasitələri üçün 179 işıqfor quraşdırılıb.
Tənzimlənən piyada keçidlərində yol hərəkəti təhlükəsizliyinin səviyyəsinin yüksəldilməsi məqsədilə mövcud işıqforlarda 58 nöqtədə piyadalar üçün hissələr quraşdırılıb. 10 hissədə işıqfor səs siqnalı ilə təchiz olunub.
4 küçə və prospektdə səkilər “mükəmməl səki” tələbinə uyğunlaşdırılıb. 123 nöqtədə piyada nişanları yerləşdirilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:33 / 06.01.2022
Bakı piyadalar və nəqliyyat üçün daha təhlükəsiz olur - FOTO
Hazırda oxunan: Bakı piyadalar və nəqliyyat üçün daha təhlükəsiz olur - FOTO
Hazırda oxunan: Bakı piyadalar və nəqliyyat üçün daha təhlükəsiz olur - FOTO
54080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.