Məşhur ədəbiyyat saytı, Kult.Az domeni satılıb. Bu barədə saytın rəhbəri, yazar Zahir Əzəmət öz Facebook səhifəsində yazıb: "Kult.Az domeni satılıbdı, Edebiyyat.biz gəlir!
Azərbaycanın ilk mədəniyyət portalı olan Kult.Az portalı adını dəyişir.
Artıq gələn həftədən sayt Edebiyyat.biz ünvanında fəaliyyət göstərəcək. Saytda indiyə qədər dərc olunan bütün materiallar yeni ünvandan əlçatan olacaq.
Kult.Az domeninin transfer prosesi başa çatandan sonra ətraflı məlumat veriləcək".
Moderator.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə Kult.az domenini keçmiş millət vəkili Aynur Camalqızı alıb. Aynur Camalqızı Teleqraf Holdinqin rəhbəridir. Məlumata görə, Teleqraf Holdinqə daxil olan 1937.az saytının adı dəyişilərək, kult.az olacaq...


































































































