Astarada qardaşlarına balta ilə xəsarət yetirən bacılar saxlanılıb.
Bizim.Media xəbər verir ki, hadisənin bəzi təfərrüatı məlum olub.
Belə ki, rayonun Təngərüd kənd sakinləri, 1979-cu il təvəllüdlü Nargilə Fariz qızı Qənbərova və onun bacısı, 1992-ci il təvəllüdlü Nadirə Fariz qızı Qənbərova qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər.
Məlumata görə, hadisədən bir neçə gün əvvəl qadınlar İ.Qənbərova məxsus ata evinin həyətində tikdirdiyi evin bir otağını yandırıblar.
İlkin istintaq tədbirləri nəticəsində Nargilə və Nadirə bacıları qardaşlarının onlara qarşı pis davranmasına görə belə bir hadisəni törətdiklərini bildiriblər.
Yanğın hadisəsindən xəbər tutan İ.Qənbərov yanvarın 4-də Rusiyanın Dağıstan Respublikasından Astaraya qayıdıb və bacılarını polisə verəcəyini deyib. Gecə saatlarında isə bacılar qardaşı yatdığı zaman ona hücum edərək xəsarətlər yetiriblər.
Xatırladaq ki, Nargilə və Nadirə bacılarının ruhi xəstə olduqları bildirilir.
Bizim.Media
***
Astara rayonunda bacılar qardaşlarına balta ilə xəsarətlər yetirib.
Bizim.Media xəbər verir ki, hadisə rayonun Təngərud kəndində qeydə alınıb.
Belə ki, ruhi xəstə olduqları deyilən Nargilə və Nadirə Qənbərova bacıları Rusiya Federasiyasının Dağıstan Respublikasından yenicə qayıdan qardaşları, 1982-ci il təvəllüdlü İlkin Fariz oğlu Qənbərova balta ilə çoxsaylı bədən xəsarətləri yetiriblər. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Ata evlərində yaşayan hər iki bacı subaydır.
İlkin ehtimala görə, bacıların hücumu zamanı İ.Qənbərov yatmış olub. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media