Müştəri məhkəmədə \"Baku Electronics\"ə qalib gəldi - FOTO

Hazırda oxunan: Müştəri məhkəmədə \"Baku Electronics\"ə qalib gəldi - FOTO

53855

"Baku Electronics" şirkətini məhkəməyə verən müştərinin şikayəti təmin edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə şikayətçi sosial şəbəkə hesabında məlumat yayıb. 

Mirsübhan Mirzəliyev adlı müştəri "Baku Electronics"dən telefon alıb. Lakin aldığı məhsulu 14 gün ərzində yenidən mağazaya qaytarmaq istəsə də, onun müraciəti təmin edilməyib. O, daha sonra bununla bağlı şirkəti məhkəməyə verib.

M.Mirzəliyevin başına gələnlər haqqında bunları yazıb:

"Yəqin ki, hər birimiz istehlakçı hüquqlarının pozulması halları ilə qarşılaşmışıq. Bu dəfə eyni hal mənim başıma gəldi. Belə ki, "Baku Electronics"dən aldığım telefonu 1 həftə sonra dəyişmək və ya geri qaytarmaq istədikdə şirkət minbir bəhanə gətirdi, heç bir halda bunu etməycəyini bildirdi. Halbuki telefon istifadə olunmamışdı, hətta nömrə belə taxılmamışdı.Şirkət nümayəndələrinə öz rəsmi saytlarında "14 gün ərzində məhsulun dəyişdirilməsi və geri qaytarılması" ilə bağlı verdikləri zəmanəti, eləcə də "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 15-ci maddəsini xatırlatsam da heç bir xeyri olmadı. Hətta şirkətin müştəri xidmətləri bölməsi ilə də əlaqə saxladın. Bildirdim ki, mənim müştəri tarixçəmə baxsınlar. Düşündüm ki, bu boyda şirkətin yəqin ki, bir loyallıq proqramı var və sadiq müştərilərinə qarşı daha anlayışla yanaşarlar. Amma heç bir cəhdimə məhəl qoyulmadı. Təbii ki, ölkənin ən böyük elektronika mağazasının istelakçı hüquqlarını bu şəkildə açıq aşkar pozması və heç bir şeyə məhəl qoymaması ilə barışa bilməzdim. Əgər reklama bir ətək dolusu pul xərcləyən bu şirkət ən adi istehlakçı hüququnu pozursa və kimsə buna etiraz etmirsə, deməli bu proses elə belə də davam edəcək və arada sadə vətandaşlar əziyyət çəkəcəklər. "Baku Electronics"i verdim məhkəməyə. Nəhayət 2 aylıq məhkəmə prosesindən qalib ayrıldım və hakim iddiamı təmin etdi. Ümid edirəm bundan sonra "Baku Electronics" istehlakçı hüquqlarına və müştəri məmnuniyyətinə daha həssas yanaşar və digər vətəndaşlarımız da bir daha belə hallarla qarşılaşmazlar".

Bizim.Media

 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin