Ötən il 3 minə yaxın şəhid ailəsi və müharibə əlilləri mənzil və fərdi evlə, 164 nəfər isə avtomobilə təmin olunub.
Bizim.Media xəbər verir ki, əlilliyi olan şəxslərin peşə əmək reabilitasiyası mərkəzinin yetirmələrindən 18 nəfər Ankaraya təcrübəyə göndərilib.
Şəhid ailələri, Vətən müharibəsi əlilləri, əlilliyi olan digər şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar da daxil olmaqla 4455 nəfər sanatoriya-kurort və müalicə mərkəzlərinə göndərilib.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib ki, sözügedən təbəqədən olan şəxslərin mənzil və avtomobillə təminatı 2022-ci ildə də həyata keçiriləcək.
Bizim.Media