Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 4-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi yerlərdə hava yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi əsib, ayrı-ayrı yerlərdə arabir güclənib.
Xidmətdən Bizim.Media-ya bildiriblər ki, düşən yağıntının miqdarı Quba, Qusarda 5, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü Qrızda 12, Ağdərədə (Ordubad) 8, Xaltanda 7, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3, Şahbuzda 2, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 santimetr təşkil edib.
Şimal-qərb küləyi əsib, arabir Mingəçevirdə 28, Şəkidə 25, Daşkəsən, Qobustanda 20, Şamaxıda 18, Bakıda və Abşeron yarımadasında 15-18 metr/saniyəyədək güclənib.
Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 3 metrə çatıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan Muxtar Respublikasında 4-10° şaxta olub.
Qeyd edək ki, ölkə ərazisində yanvarın 5-i gün ərzində və yanvarın 6-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:52 / 04.01.2022
Qubanın Qrız kəndinə 12 santimetr qar yağıb - FOTO
Hazırda oxunan: Qubanın Qrız kəndinə 12 santimetr qar yağıb - FOTO
Hazırda oxunan: Qubanın Qrız kəndinə 12 santimetr qar yağıb - FOTO
53808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.