“PolyUp” Azərbaycan müsabiqəsi başa çatıb

Hazırda oxunan: “PolyUp” Azərbaycan müsabiqəsi başa çatıb

53792

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “PolyUp” Azərbaycan müsabiqəsi başa çatıb.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumatda qeyd olunub ki, IV-XI sinif şagirdləri üçün təşkil olunan müsabiqənin “Tullantıların təkrar emalının idarə edilməsi” mövzusunda olub.

Şagirdlər platformada mövzu üzrə sinif səviyyələrinə uyğun müxtəlif tapşırıqları yerinə yetirib və “Poly” xallar toplayıblar.

Müsabiqənin sonunda ən çox xal toplayan şagirdlər qalib elan edilərək keçirilən “PolyFest” tədbirində dəyərli hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, “PolyUp” Stenford Universitetinin professorları tərəfindən təsis olunmuş süni zəka üzərində işləyən onlayn platforma və riyazi 3D simulyasiya mühitidir.

Şagirdlər platformada təşkil olunan müsabiqədə iştirak etməklə dayanıqlı enerji, süni zəka, kriptoqrafiya tətbiqlərində robot texnologiyaları, mühəndisliyi, riyaziyyatı və digər müxtəlif sahələri kəşf ediblər, eləcə də yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin