Ötən gün hərbçi yoldaşı Elxan Əvəzli tərəfindən qətlə yetirilən Dövlət Sərhəd Xidmətinin kiçik giziri Amin Cəlilzadənin bu saatda Siyəzən rayonunun Məşrif kənd məzarlığında dəfn mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, dəfn mərasimində hərbi qulluqçunun ailə üzvləri, yaxınları, sakinlər, Dövlət Sərhəd Xidmətinin əməkdaşları, yerli icra hakimiyyəti, polis, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinin nümayəndələri iştirak ediblər.
MÖVZU İLƏ BAĞLI:
“Oğlum nəslin yeganə oğul övladı idi” - Qubadlıda öldürülən hərbçinin anası
22 yaşlı Amin Cəlilzadə 42 yaşında vəfat etmiş anası Sevdanın yanında torpağa tapşırılıb.
Aytəkin Alxaslı, Bizim.Media