“Bu saat bir kitab üzərində işləyirəm. Tibbi fiziologiyanın əsasları adlı kitab yazmışam. Tələbələr oxuyurlar. 856 səhifədən ibarət mükəmməl bir kitabdır”.
Bizim.Media-ya özəl açıqlamasında bunları deyən tibb elmləri namizədi Rəşid Mahmudov fiziologiyaya yeni əlavələrinin olduğunu qeyd edib.
Üzərində çalışdığım ikinci iş isə:
“Atlasdır. Atlas şəkikdir və orqanizmin fəaliyyətini, dinamikasını göstərir. Anatomiyada, fiziologiyada olan şəkildir. Amma biz o şəklin izahını da veririk. Fiziologiyadan izahlı atlas yazılır, 4 cild səhifəyə qədər yazmışam. Şəkilləri də yerləşdirib 2022-ci ildə çıxartmaq arzusundayam”.
MÖVZU İLƏ BAĞLI:
Rəşid Mahmudov: "Arvadı çox danışan kişilər daha tez ölür"
Rəşid Mahmudov bununla müvafiq ixtisas üzrə təhsil alan tələbələrin işini asanlaşdırmaq istəyir. O ki qaldı onun gələn il üçün xalqa arzuladıqlarına:
“Qarabağ tam azad olunsun, inkişaf etsin. İnsanlar öz vətənlərinə qayıtsınlar. Azərbaycanın dövlət sərhədləri tamamilə bəlli olsun. Azərbaycan xalqı firəvan yaşasın. İnsanların pensiyalarını kəsirlər. Onlar verilsin. Maaşlar artırılsın. Yeni zavodlar, fabriklər açılsın. Xalqımız üçün önəmli nə varsa, o olsun. Xalqın üzü gülsün. Başqa nə deyim?”
Rəşid Mahmudov sonda fikirlərini Çörçilin eyni suala cavabı ilə tamamlayıb:
“Azərbaycan xalqına uğur arzulayıram. Çünki uğurun yoxluğunda “Titanik”də dincələn varlı insanlar da dənizin dibinə bata bilər”.
Səkinə Yusibli, Bizim.Media