Unun qiyməti qalxdı və satışı dayandı? - Çörəyin SON QİYMƏTİ...

Hazırda oxunan: Unun qiyməti qalxdı və satışı dayandı? - Çörəyin SON QİYMƏTİ...

53682

Azərbaycanda unun qiymətinin qalxması ilə bağlı məlumatlar yayılır. Hətta bəzi mağazaların un satışını dayandırdığı qeyd edilir. Hələki çörəyin qiymətinin qalxması müşahidə edilmir.

Bizim.Media xəbər verir ki, bu məsələ insanlar araında çörəyin qiymətinin qalxa biləcəyi narahatlığı yaradıb.

Məlumat üçün deyək ki, unun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün sahibkarlar bunu xarici amillərlə əlaqələndirirlər.

Yəni bu prosesdə Tarif Şurası qərar vermir. Son aylarda dünya bazarında taxılın qiymətinin kəskin artımının Azərbaycana təsir edəcəyi, unun qiymətinin artacağı proqnozlaşdırılırdı.

Azərbaycan dövləti son illərdə mütəmadi olaraq sahibkarlara dövlət büdcəsindən subsidiyalar ayırmaqla unun qiymətinin qalxmamasına dəstək olub.

Mövzu ilə bağlı yeni informasiyalar da sayta yerləşdiriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin