3 hərbçini qətlə yetirən MAXE haqqında ÖZƏL MƏLUMAT

Hazırda oxunan: 3 hərbçini qətlə yetirən MAXE haqqında ÖZƏL MƏLUMAT

53621

Dövlət Sərhəd Xidmətinin Qubadlıda yerləşən zastavalarından birində 3 hərbçinin ölümü ilə nəticələnən hadisəni törədən şəxsin, eyni zamanda zərərçəkənlərin kimliyi bəlli olub. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə,hadisəni törədən Elxan Məhəmməd oğlu Əvəzli İmişli rayonundandır. 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Qubadlıda maxe 3 hərbçini qətlə yetirdi


Onun qətlə yetirdiyi baş leytenant Yusif İsmayıl oğlu İsmayılov və kiçik gizir Rəfail Natiq oğlu İbrahimov Mingəçevir şəhərindən, kiçik gizir Amin Fuar oğlu Cəlilzadə isə Siyəzən rayonundandır. 

Hadisəni törədən Elxan Əvəzli də kiçik gizirdir. O, iki il idi DSX-da işləyirmiş. 

Hərbçi yoldaşı tərəfindən öldürülən kiçik gizir Amin Fuar oğlu Cəlilzadə ailənin böyük oğludur və onlar beş qardaş imişlər.

Aminin anasının bu günlərdə koronavirusdan dünyasını dəyişdiyi qeyd olunur. Cəlilzadələr ailəsinin Siyəzən şəhərinin İsmət Qayıbov küçəsində yaşadığı bildirilir.

Elxan Əvəzlinin axtarışları davam edir. 

Qeyd edək ki, qətli törədən və qətlə yetirilən hərbçilərin dördü də subaydır.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin