Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi baş tutub.
Bizim.Media xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis mayoru Babək Rüstəmov Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə polis polkovnik-leytenantı İlham Əhmədov müvəqqəti saxlanma təcridxanasının rəisi, polis kapitanı Ata Atayev isə idarənin yeniyetmələrlə iş üzrə şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Qeyd edək ki, bir müddət bundan əvvəl Sabunçu Rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovniki Cavid Muradov təyin edildikdən sonra idarədə kompleks yoxlamalara başlanmış, bir sıra yüksək vəzifəli polis zabitləri işdən çıxarılmışdı. (Manşet.az)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:06 / 02.01.2022
DİN-də yeni TƏYİNATLAR – 3 polisə yüksək VƏZİFƏ verildi
Hazırda oxunan: DİN-də yeni TƏYİNATLAR – 3 polisə yüksək VƏZİFƏ verildi
Hazırda oxunan: DİN-də yeni TƏYİNATLAR – 3 polisə yüksək VƏZİFƏ verildi
53572
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.