İcbari Tibbi Sığorta Agentliyi 3 istiqamət üzrə mühüm dəyişikliklər edib. Artıq rayon qeydiyyatında olub Bakıda yaşayan vətəndaşların da işi asanlaşacaq.
Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, vətəndaşlar istənilən dövlət tibb müəssisəsinə ixtisaslaşdırılmış ambulator yardım üçün göndərişsiz müraciət edə biləcəklər.
Sığortalı şəxslər ambulator müalicə üçün rahat şəkildə TƏBİB-in tabeliyində olan bütün tibb müəssisələrinə üz tuta biləcəklər.
MÖVZU İLƏ BAĞLI:
Sığorta Agentliyindən vətəndaşlara çaşdırıcı məlumat GÖNDƏRİLİR? - Peyvəndlənmə MÜƏMMASI
Agentliyin departament rəhbəri Aynurə Əhmədovanın sözlərinə görə vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan yaşadığı ərazi üzrə, eləcə də Bakı da daxil olmaqla digər şəhər və rayonlarda tibb müəssisəsinə müraciət edə bilərlər.
Agentlik özəl tibb müəssisələri ilə bağlı da mühüm yenilik edib.
Aynurə Əhmədova qeyd edib ki, dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri sığortalı vətəndaşlara ixtisaslaşırılmış tibbi xidmət göstərə bilmədikdə agentliyi məlumatlandıra biləcəklər.
Müraciət əsasında, vətəndaşların müalicəsi digər xəstəxanalarda aparılacaq.
Qeyd edək ki, İcbari tibbi sığortanın Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir.
Bizim.Media