Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü anıldı

Hazırda oxunan: Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü anıldı

53529
Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin şəhid olmasından 22 il ötür. Bu münasibətlə ANS Şirkətlər Qrupunun əməkdaşları Milli qəhrəmanın məzarını ziyarət ediblər. ANS rəhbərliyi və əməkdaşları Milli qəhrəmanın qəbrinin üzərinə gül çələngi qoyaraq, ruhuna dualar oxuyublar.

Daha sonra ANS-çilər Qurtuluş günü ilə əlaqədar Fəxri Xiyabanda ümumilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Onun xatirəsi hörmətlə anılıb, ruhuna dualar oxunub.

Xatırladaq ki, Çingiz Mustafayev 1960-cı il avqustun 29-da hərbçi ailəsində anadan olub. O, 1983-cü ildə Azərbaycan Tibb İnstitutunu bitirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyətilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib. 

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaratdı. Çingiz Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalı soyqırımı ilə bağlı çəkdiyi kadrlarla tanıdı. Çingiz Mustafayevin bu kadrları ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. 

O, döyüş zonalarına yalnız reportyor kimi yollanmırdı. Çingiz Mustafayev cəbhədə bir əsgər, zabit və hətta komandan kimi çox vəzifəni öz üzərinə götürürdü. 

Çingiz Mustafayev bir telejurnalist olaraq cəbhədə yarandığı kimi cəbhədə də həlak oldu. 1992-ci ilin iyun ayının 15-də Qarabağın Naxçıvanik kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olan Çingiz sonadək kameranı söndürmədi. Bu həm də onun öləndən sonra da yaşayacağına işarə idi.(ans)

Allah rəhmət eləsin!




































© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin