Ötən il Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub? – İLK ONLUQ

Hazırda oxunan: Ötən il Azərbaycanda uşaqlara ən çox hansı adlar qoyulub? – İLK ONLUQ

53437

Ötən il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar məlum olub.

Bizim.Media Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2021-ci il ərzində uşaqlara qoyulan adlar arasında ilk onluğu təqdim edir.

Belə ki, ötən il oğlan uşaqlarına ən çox verilən ad Əli olub. Bu ad il ərzində 1624 uşağa qoyulub.

Beləliklə, Əli adı il boyu uşaqlara verilən adlar arasında öz populyarlığını qoruyub saxlayıb.

Bundan əlavə, doğumu qeydə alınmış oğlan cinsindən olanlardan 1548-nə Yusif, 1505-nə Hüseyn, 1486-na Uğur, 1098-nə Məhəmməd, 980-nə Ömər, 868-nə Murad, 741-nə Raul, 705-nə Tunar və 696-na isə Ayxan adı verilib.

Həmçinin qız uşaqları arasında Zəhra adı birinciliyi qoruyub. Ötən il ərzində bu ad 1625 uşağa verilib.

Bundan əlavə, doğumu qeydə alınmış körpələrdən qız cinsi olanlardan 1275-nə Zeynəb, 1217-nə Məryəm, 1160-na Fatimə, 1154-nə Aylin, 1105-nə Mələk, 987-nə Nilay, 927-nə Nuray, 813-nə İnci və 750-nə isə Mədinə adı qoyulub.

Beləliklə, 2021-ci il ərzində uşaqlara ən çox qoyulan adlar Əli və Zəhra olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin