Ağsu rayonuna canavar HÜCUMU – Dəstə halında gəlirlər

Hazırda oxunan: Ağsu rayonuna canavar HÜCUMU – Dəstə halında gəlirlər

53390

Ağsu rayonunun Yenilik kəndində sakinlərə məxsus iribuynuzlu mal-qara sürüsü canavarların hücumuna məruz qalıb.

Bizim.Media xəbər verir ki, hadisə kəndin dağlıq ərazisindəki Türmədərə adlanan yerdə baş verib.

Kənd sakinlərin naxırını otaran Samir Musayev 4 canavarın mal-qaraya hücum etdiyini görüb. O, canavarları ərazidən qovmağa müvəffəq olub.

Qeyd edək ki, canavarların hücumuna məruz qalan mal-qara kənd sakini Orxan Karmukova məxsus olub. Kənd sakinlərinin sözlərinə görə, analoji hadisə dəfələrlə baş verib. (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin