Bu gün Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva yeni inşa edilən Autizm Mərkəzinin açılışında iştirak ediblər.
Açılış və bina ilə tanışlıqdan sonra birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva mərkəzdəki uşaqlarla görüşüblər.
Görüş olduqca səmimi atmosferdə keçib. Belə ki, Mehriban Əliyeva və qızları uşaqlarla söhbət edib, onların ifasında mahnılara qulaq asıblar.
MÖVZU İLƏ BAĞLI:
Mehriban Əliyeva Autizm Mərkəzində yaradılan şəraitlə tanış olub - FOTO
Həmçinin Mehriban Əliyeva uşaqlarla birgə tort kəsib, Leyla Əliyeva və Arzu Əliyeva isə pianoda ifa edib.
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla xatirə şəkli çəkdirməyi də unutmayıblar.
Bizim.Media