Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunur. Bayramlar münasibətilə bazarlarda canlanma müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bayram bazarlığına çıxan alıcılar qiymət artımından şikayətləniblər.
Pensiyaçılar ötən illə müqayisədə qiymətlərin xeyli artdığını, alıcıların bəziləri isə keyfiyyətli məhsul və münasib qiymət üçün bazara üstünlük verdiklərini dilə gətiriblər.
Yerli meyvə-tərəvəz almaq üçün bazara üz tutduğunu deyən bir müştəri isə təəccübünü gizlətməyib:
“Gəlmişdim yerli məhsullar almağa. Eşitdim Amerika qozu satırlar, şoka düşdüm. Amerikadan bura qoz gətiriblər”.
Bizim.Media-nın “Yaşıl Bazar”dan hazırladığı videoreportajı təqdim edirik:
Bizim.Media