Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi - FOTO

Hazırda oxunan: Vilayət Eyvazov şəxsi heyəti təbrik etdi - FOTO

53319

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə təbrik edib.

Bizim.Media təbrik mətnini təqdim edir:

"Əziz həmkarlar!

Yola saldığımız 2021-ci ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluğun və hüquq qaydasının təmin edilməsi sahəsində funksiyalar digər dövlət orqanları ilə sıx qarşılıqlı əlaqədə layiqincə həyata keçirilmiş, sabitlik qorunub saxlanılmışdır.

Möhkəm nizam-intizama, müasir infrastruktura və maddi-texniki bazaya malik daxili işlər orqanları və Daxili Qoşunlar xidməti tapşırıqların və işğaldan azad edilmiş ərazilərdə mühüm vəzifələrin icrasında vətənpərvərliyi və anda sadiqliyi ilə seçilmiş, bütövlükdə qarşıya qoyulmuş əsas hədəflərə nail olunmuşdur. 

Ulu Öndərin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi, bütün sahələri əhatə edən sistemli islahatlar, xalqla Liderin sarsılmaz birliyi sayəsində əldə olunan bu və digər uğurlar, eyni zamanda şəxsi heyətin peşəkarlığının, vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş davamlı səylərinin nəticəsi kimi xüsusi qeyd edilməlidir.

Xidmətdə fərqlənənlərin möhtərəm Prezident tərəfindən orden və medallara layiq görülməsi, habelə əməkdaşların və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi barədə əhəmiyyətli qərarların qəbul edilməsi Zati-alilərinin şəxsi heyətin əməyinə verdiyi yüksək dəyərin növbəti əyani təsdiqi olmuşdur.

Əminəm ki, ictimai asayişin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi kimi məsul vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcək, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ali etimadını doğruldacaqsınız.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün şəxsi heyəti, hörmətli veteranlarımızı, vəzifə borcunu yerinə yetirərkən şəhid və həlak olmuş əməkdaşların və hərbi qulluqçuların ailə üzvlərini ürəkdən təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, xidmətdə yeni-yeni nailiyyətlər arzulayıram.

Bayramınız mübarək!"

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin