Dekabrın 31-i sizi nə gözləyir? – Astroloqlar bürclərə görə BÖLGÜ APARIB

Hazırda oxunan: Dekabrın 31-i sizi nə gözləyir? – Astroloqlar bürclərə görə BÖLGÜ APARIB

53304

Astroloqlar cümə gününün, 31 dekabrın bütün bürclər üçün proqnozunu açıqlayıblar. Ən dəqiq ulduz falı insanlara hansı addımlardan çəkinməli olduqlarını da qeyd edib.

Bizim.Media bütün bürclərin sevgi, iş, maliyyə, dostluq, ailəvi və sağlamlıq baxəmından 31 dekabrda yaşaya biləcəklərini toplayıb.

Qoç

Əgər narahatlıq sizi bürüyübsə, özünüzə dəyişilmək fürsəti yaradın. Kiçik də olsa əyləncə sizin emosional həyatınızı qidalandıracaq. Axşam daxili narahatlıqlarınızı sakitləşdirməyə çalışın və digər insanların sakit əhvalına yoluxun. Sizə rahat tepmdə işləyin. Səbrsizlik yaxşı heç nə vəd etmir. Öz güc və resurslarınızdan ağıllı, sakit yararlansanız, sizi daha böyük həzz gözləyir. 

Buğa

Əgər gündəlik məsuliyyətləri üzərinizə götürmək istəmirsinizsə, bir neçə xoş məqamı ayırmalısınız. İşinizi ancaq təkcə şirkətiniz üçün yox, həm də özünüzə görə edin. Hisslərinizə diqqət yetirmədikcə, gərginliyi demək olar ki, görmürsünüz. Özünüzə fasilə icazəsi verin.

Əkizlər

Özünüzü toparlamaqda çətinlik çəkir, daxili pərişanlıqlarla mübarizə aparırsınız. Özünüzü ələ alın. Təmkinsizliyin axırı pisdir. Bu günü düşündürücü işə, zərif diskussiya, ya da intellektual tapşırığa istifadə edin. Ağılınız və aydın dəqiq işləyir. Çətin münasibətlərə fikir verməyə bilərsiniz.

Xərçəng

Arada xəyallar dünyasına getdiyiniz üçün təxəyyülünüz stimullaşır, məhsuldarlığınız isə azalır. Əgər işləmək istəyirsinizsə, diqqətinizi toplayın. Çünki ciddi məsələdə fikriniz yayına bilər. Romantik olduğunuz üçün kiməsə duyğu nümayişi xeyirinizədir. Həmişəki tempdə çalışıb günün dadını da çıxarda bilərsiniz.

Şir

Günorta və axşam özünüzü əla hiss edə bilərsiniz. Heç nə etmədən 1-2 saat yaxınlarınızla vaxt keçirtmək arzusu da sizə yad deyil. Amma bu da içinizdəki gərginlikləri tam aradan götürməyə yetərsizdir. Özünüzü nəyləsə sevindirin.

Qız

Etmək istədiyiniz nəyisə edə bilmədiyiniz üçün narahatsınız. Gündəlik tələbat və gələcək hədəflərinizdə ortaq məxrəcə gəlməlisiniz. Ağıl və hissləriniz bu gün daha qabarıq olacaq. Əsasən də günorta və axşam.

Tərəzi

Siz də daxil, günahsız kimsə yoxdur. Zəif yerləriniz bu gün daha həssasdır. Mümkün ola biləcəklər və nail olduqlarınızın narahatlığı 31 dekabrda daha çox olacaq. Hər şeyə nail olacaq qədər güclü deyilsiniz, ancaq effektiv qərar qəbul etmək iqtidarındasınız.

Əqrəb

Öhdəliklər bu gün ən sevmədiyiniz nüansdır. Sizin üçün daha aktual olan həzz və borc məsələsinə yaxınlaşın. Kefiniz yaxşıdırsa, dünən cəsarət etmədiklərinizi həyata keçirəcək ovqatdasınız. Dekabrın 31-i ancaq müsbət təcrübələrinizin olacağı görünür.

Oxatan

Hər şeyin yenisi bu gün sizi daha çox cəlb edir. Əks cinsin nümayəndələrilə də görüşə hazırsınız. Bəzi maneələri adlamalı olacaqsınız. Hədəfləriniz naminə gücünüzü toplasanız, yetərincə uğurunuz olacaq.

Oğlaq

Xırda uğursuzluğu drammatikləşdirməyə meyliniz yarana bilər. Bəzən həyat ədalətsiz olur. Amma kölgənin çox olduğu yerdə işıq da boldur. Münasib tərəf müqabili taparaq münasibətləri möhkəmləndirmək yaxşıdır. Ehtiras ilk plana çıxır. Çünki sevgini bədəninizlə ifadə etmək tələbatınız artıb.

Dolça

Həyatınızda dəyişilməli olan nəsə varmı? Əgər pul sizin hədəflərinizə çox təsir edirsə, bu gün onları unudun. Sizin kefiniz əla olmalıdır. Ruhunuzda qəribə ovqat cihazı var. Qəmli insanla danışanda onun kədərinin bir hissəsini özünüzə götürür, birgə dərd çəkirsiniz. Bu, əhvalı yaxşı insanlarla ünsiyyətdə də yararlıdır.

Balıqlar

Bu gün enerjiniz çoxdur və gündəlik həyat çərçivələrindən çıxa biləcəksiniz. Monoton həyat streslə üzləşməyinizi labüdləşdirir. Dəyişiklik şansından yararlanın. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin